Kəlbəcər rayon incəsənət məktəbində istedadlı uşaqları üzə çıxaran görüş

 

 Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmış  Azərbaycan Milli Konservatoriyasının 10 yaşı tamam olur.

AzərTAc xəbər verir ki, bu münasibətlə konservatoriyanın rektoru professor, xalq  artisti Siyavuş Kərimi Gəncə şəhəri Gülüstan qəsəbəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin 6 nömrəli yataqxanasında Kəlbəcər rayon incəsənət məktəbinin müəllim və şagird kollektivi, valideynlərlə görüş keçirmişdir.

Tədbirdə məktəbin istedadlı şagirdlərinin ifaları dinlənilmişdir. Məcburi köçkün uşaqlarının ifalarında "Şuşanın dağları" xalq mahnısı, "Heyratı" muğamı və "Mirzə Hüseyn" segahı alqışlarla qarşılanmışdır. Eyni zamanda, uşaq aşıqlar ansamblı "Şirvan" gözəlləməsini, xor kollektivi isə "Bayram" və "Ağacda alma" mahnılarını ifa etmişlər. Şagirdlər həmçinin tarda, kamançadapianinoda bacarıqlarını nümayiş etdirmişlər.

Professor Siyavuş Kərimi çıxış edərək məktəbin müəllimlərinə və şagirdlərinə tövsiyələrini vermişdir.

Sonda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov məcburi köçkün uşaqları arasında istedadlıların üzə çıxarılmasında  milli musiqimizin inkişafına verdiyi töhfələrə görə S.Kərimiyə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 15 yanvar.- S.  4.