Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu bildirdi. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadiinvestisiya qoyuluşu sahələrində yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd etdi.                                   

Azərbaycana səfərindən məmnunluğunu bildirən Fridon Todua ölkəmizə ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində Azərbaycanda çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 yanvar.- S. 1.