Moldovanın
Baş naziri Vladimir Filat Azərbaycana rəsmi
səfərə gəlmişdir
Moldovanın Baş naziri Vladimir Filat yanvarın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Moldovanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Moldovanın Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Moldovanın Baş nazirinə gül dəstəsi təqdim etdilər.
Moldovanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Qarşılanma mərasimindən sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Vladimir Filat və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.
AzərTAc
Azərbaycan.- 2012.- 18 yanvar.- S. 1.