Necdet Ünüvar:
Azərbaycan türk dünyasında
müstəsna yerə malikdir
Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə N.Ünüvar ölkələrimiz arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərini xüsusi vurğulayaraq Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etmişdir. Türkiyəli deputat vurğulamışdır ki, Vanda baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi ilk humanitar yardım bunun bariz nümunəsidir.
N.Ünüvar Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsini ölkəmizin böyük uğuru kimi qiymətləndirmiş və müvəffəqiyyətlər arzulamışdır. Qonaq Azərbaycanın türk dünyasında müstəsna yerə malik olduğunu vurğulamışdır.
Görüşdə regional
məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq və bir sıra
qarşılıqlı maraq doğuran mövzular ətrafında
fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 19 yanvar.- S. 1.