Heydər Əliyevin Azərbaycan xalqına, Azərbaycan KP MK, Respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqramı

 

Azərbaycan xalqına!

Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram.

Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio, televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.

 

 

Heydər ƏLİYEV,

21 yanvar 1990-cı il, Moskva

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S. 2.