Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Mülki Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, I kitab, maddə
250, ¹5, maddə 323; 2002, ¹12, maddə 709; 2003, ¹8, maddə 420;
2004, ¹3, maddə 123, ¹5, maddə 318, ¹6, maddə 415, ¹10, maddə
761, ¹11, maddə 901; 2005, ¹2, maddə 61, ¹6, maddə 466, ¹8, maddələr
684, 692, 693, ¹11, maddə 996, ¹12, maddə 1085; 2006, ¹2, maddə
68, ¹3, maddə 225, ¹5, maddə 387, ¹6, maddə 478, ¹8, maddə
657, ¹12, maddə 1005; 2007, ¹2, maddə 80, ¹6, maddə 560, ¹8,
maddə 745, ¹10, maddə 937, ¹11, maddə 1053, ¹12, maddələr
1215, 1219; 2008, ¹3, maddə 145, ¹6, maddə 456, ¹7, maddə 602,
¹12, maddə 1049; 2009, ¹2, maddə 47, ¹5, maddə 295, ¹6, maddə
404, ¹7, maddə 517; 2010, ¹2, maddə 75, ¹3, maddə 171, ¹4, maddələr
265, 266, 276; 2011, ¹7, maddə 586, ¹8, maddə 750; Azərbaycan
Respublikasının 2011-ci il 15 noyabr tarixli 247-IVQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.
87.3-cü maddədə “ödənilməsini” sözündən
sonra və 87.4-cü maddənin birinci cümləsində
“keçirilir” sözündən əvvəl “(cəmiyyətin
nizamnaməsində nizamnamə kapitalının müəyyən
müddətə ödənilməsi nəzərdə
tutulmayıbsa)” sözləri əlavə edilsin.
2.
90.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“90.2.
Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində
nizamnamə kapitalının müəyyən müddətə
ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət
dövlət qeydiyyatına alınanadək təsisçilər
nizamnamə kapitalını tamamilə ödəməyə
borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində
nizamnamə kapitalının ödənilməsi müddətlə
şərtləndirildiyi halda, bu müddət üç aydan
çox ola bilməz.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 dekabr
2011-ci il.
Azərbaycan.- 2012.- 21 yanvar.- S. 2.