“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹12,
maddə 740; 2002, ¹12, maddə 706; 2003, ¹1, maddə 23, ¹8, maddə
428, ¹12, I kitab, maddələr 676, 698; 2005, ¹1, maddə 1, ¹6,
maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə
1083; 2006, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddələr
1015, 1029; 2007, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008, ¹3, maddə
158, ¹6, maddə 462, ¹7, maddə 602, ¹12, maddə 1047; 2009, ¹1,
maddə 5, ¹2, maddə 56, ¹3, maddə 160, ¹7, maddə 519, ¹12,
maddə 947; 2010, ¹4, maddə 276, ¹6, maddə 485, ¹10, maddə
840, ¹11, maddə 939; 2011, ¹1, maddə 12, ¹4, maddələr 245,
264; Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli
206-IVQD nömrəli və 15 noyabr tarixli 245-IVQD nömrəli
Qanunları) aşağıdakı məzmunda 20-1.3-cü maddə
əlavə edilsin:
“20-1.3.
Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı
rüsumsuz aparılır.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 dekabr
2011-ci il.
Azərbaycan.- 2012.- 21 yanvar.- S. 2.