“Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2011-ci il 30 dekabr tarixli 287-IVQD nömrəli
Qanununun tətbiqi barədə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr
tarixli 287-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlasın və Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 yanvar
2012-ci il.
Azərbaycan.- 2012.- 21 yanvar.- S. 2.