Türkiyədəki azərbaycanlıların qondarma «erməni soyqırımı» təbliğatına qarşı topladıqları imzalar TBMM-ə təqdim olunmuşdur

 

 Türkiyədəki azərbaycanlıların qondarma "erməni soyqırımı" təbliğatına, xüsusilə, Fransa Milli Assambleyasında bu "soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinə qarşı topladıqları imzalar TBMM-in sədri Cəmil Çiçəyə təqdim olunmuşdur.

C.Çiçəklə keçirilmiş görüşdə Dünya Azərbaycanlıları Konqresi sədrinin müavini Asif Qurban Azərbaycan rəhbərliyinin qondarma "erməni soyqırımı" məsələsində qardaş Türkiyə ilə birlikdə olduğunu göstərən bəyanatları xatırlatmış, qardaş ölkənin parlamentində Xocalı soyqırımının tanınması məsələsini də qaldırmışdır. XX əsrin ən ağır cinayətlərindən biri olan Xocalı qətliamı haqqında broşürlər və kompakt disklər parlamentin spikerisiyasi partiyaların qrup sədrlərinin müavinlərinə təqdim olunmuşdur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2012.- 22 yanvar.- S.  8.