Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Soçidə təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır

 

Görüşdən sonra prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır.

Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və "Qazprom" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Miller imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 yanvar.- S. 1.