Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev ukraynalı həmkarı Nikolay Kuliki şanlı yubileyi münasibətilə təbrik etmişdir

 

Kiyevdəki diplomatik nümayəndəliyimizin başçısı Eynulla Mədətli Ukrayna Milli Aviasiya Universitetinin (UMAU) rektoru, texnika elmləri doktoru, professor Nikolay Kulikin 60 illik yubileyi münasibətilə UMAU-da olmuş, Azərbaycan xalqının səmimi dostu olan şanlı yubilyarı təbrik etmişdir.

Görkəmli Azərbaycan alimi, Milli Aviasiya  Akademiyasının rektoru, AMEA-nın akademiki Arif Paşayevin səmimi təbriklərini Nikolay Kulikə çatdıran səfir akademikin hədiyyəsini yubilyara təqdim etmişdir.

N.Kulik səmimi təbriklərə və hədiyyəyə görə  dərin minnətdarlığını bildirmiş, çoxşaxəli fəaliyyətində gələcək  uğurlar diləyini  akademik A.Paşayevə çatdırmağı Azərbaycan diplomatından xahiş etmişdir.

Görüşdə iki dost ölkənin ali məktəbləri arasında əməkdaşlığı qarşılıqlı surətdə dərinləşdirmək  və genişləndirmək arzusu ifadə olunmuşdur.

Qeyd edək ki, UMAU ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayır.  Hazırda  bu məşhur və nüfuzlu ali məktəbin müxtəlif fakültələrində  100-dən çox azərbaycanlı tələbə təhsil alır.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc -ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2012.-24 yanvar.- S. 5.