“Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 30 dekabr tarixli 284-IVQD nömrəli
Qanununun tətbiqi və “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2011-ci il 30
dekabr tarixli 284-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 4, maddə 228; 2005, ¹ 8, maddə 708, ¹ 9, maddə
801, ¹ 12, maddə 1103; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 2, maddə
54) aşağıdakı dəyişikliklər edilsin:
2.1.
2.1-ci bənddə:
2.1.1.
“2.0.3-cü,” rəqəmlərindən sonra “4.6-cı,” rəqəmləri
əlavə edilsin;
2.1.2.
“Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli
386 nömrəli Fərmanının 3-cü bəndinin ikinci
abzasına və 2003-cü il 23 oktyabr tarixli 947 nömrəli
Fərmanının 2-ci bəndinə uyğun olaraq” sözləri
çıxarılsın;
2.1.3.
“və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbələri, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi” sözləri “, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri
və Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi və
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla
İş üzrə İdarəsi” sözləri ilə əvəz
edilsin;
2.2.
aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə
edilsin:
“2.1-1.
həmin Qanunun 2.0.11-ci, 2.0.13-cü maddələrində,
5-1.1-ci maddəsinin üçüncü cümləsində,
5-1.4-cü maddəsinin ikinci cümləsində, 5-1.6-cı
maddəsinin birinci cümləsində və 12.12-ci maddəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Vergilər Nazirliyi həyata keçirir;”;
2.3.
2.12-ci bənddən “12.12-ci,” rəqəmləri
çıxarılsın.
3. Azərbaycan
Respublikasının Vergilər Nazirliyi bir ay müddətində:
3.1.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun 5-1.6-cı maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş təsdiqetmə bildirişinin formasını
müəyyən etsin;
3.2.
həmin Qanunun 12.12-ci maddəsində nəzərdə
tutulmuş elektron ərizənin formasını müəyyən
etsin;
3.3.
bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 yanvar
2012-ci il.
Azərbaycan.- 2012.-25 yanvar.- S. 2.