Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli
155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali
xüsusi rütbəli vəzifələrin
siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 12, maddə 1001; 2008, ¹ 12, maddə 1057; 2010, ¹ 7,
maddə 617; 2011, ¹1, maddə 21) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının gömrük orqanlarında ali xüsusi
rütbəli vəzifələrin siyahısı”nda
“Sumqayıt Baş Gömrük İdarəsinin rəisi -
gömrük xidməti general-mayoru” abzasından sonra
aşağıdakı məzmunda abzas əlavə edilsin:
“Naxçıvan
Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi
sədrinin müavini - gömrük xidməti general-mayoru”.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar
2012-ci il.
Azərbaycan.- 2012.- 25 yanvar.- S. 3.