Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin
Akademiyasının təsis edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və gömrük işi sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzinin bazasında xüsusi təyinatlı ali təhsil müəssisəsi - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini üç ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 yanvar
2012-ci il
Azərbaycan.- 2012.- 25 yanvar.- S. 1.