Azərbaycan
Respublikası Dövlət Gömrük
Komitəsinin əməkdaşlarına ali
xüsusi rütbələrin verilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Alıcan oğlu Babayevə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini Səhət İsa oğlu Həbibbəyliyə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Gülverdi oğlu Qədiməliyevə tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar
2012-ci il
Azərbaycan.- 2012.- 25 yanvar.- S. 3.