“Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndini rəhbər tutaraq qərara alır:
"Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006, ¹
2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə 265)
aşağıdakı dəyişikliklər edilsin:
1.
2.0.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 2.0.10-cu, 2.0.11-ci, 2.0.12-ci və
2.0.13-cü maddələr əlavə edilsin:
“2.0.10.
yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət
- Azərbaycan Respublikasının vətəndaşları və
(və ya) Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən
təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;
2.0.11.
yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
elektron dövlət qeydiyyatı - təkmil sertifikata malik
gücləndirilmiş elektron imza ilə təsdiq edilən və
müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim
edilən ərizə və ona əlavə edilən sənədlər
əsasında yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətin dövlət qeydiyyatıdır;
2.0.12.
yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
sürətli elektron dövlət qeydiyyatı - hüquqi
ünvanı yeganə təsisçisi kimi
çıxış edən fiziki şəxsin
yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə
eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
bu Qanunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun
olaraq real vaxt rejimində aparılan elektron dövlət
qeydiyyatıdır;
2.0.13.
elektron ünvan – bu Qanunun məqsədləri
üçün müvafiq icra hakimiyyəti orqanının
informasiya sistemində məlumat və sənəd mübadiləsi
üçün elektron dövlət qeydiyyatına
alındığı andan hüquqi şəxsə verilən
ünvandır.”;
2.
4.3-cü maddədə “qurumların” sözündən sonra
“(yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
elektron dövlət qeydiyyatı istisna olmaqla)” sözləri əlavə
edilsin;
3.
aşağıdakı məzmunda 4.6-cı maddə əlavə
edilsin:
“4.6.
Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici
hüquqi şəxsin nümayəndəlik və ya
filialının dövlət qeydiyyatına alınması,
habelə Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış hüquqi şəxsin
nümayəndəliyinin və ya filialının və digər
qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə
də təsis sənədlərində edilmiş dəyişikliklərin
və reyestrdə qeydə alınmış faktların
sonrakı dəyişikliyinin dövlət qeydiyyatına
alınması zamanı Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların
təqdim edilməsinə yol verilmir.”;
4.
5.4.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5.4.1.
təsis sənədləri – hüquqi şəxs statusu almaq
istəyən qurumun təsisçisi (təsisçiləri)
və ya onun (onların) səlahiyyətli nümayəndəsi
tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə
bu Qanunun məqsədləri üçün, həmin qurumun
təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və
idarəetmə orqanlarının
formalaşdırılması barədə qərarlar (təsis
sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən
zəruri hesab edilən digər məsələləri əks
etdirməli və bütün təsisçilər (və ya
onların səlahiyyətli nümayəndələri) tərəfindən
imzalanmalıdır);”;
5.
Aşağıdakı məzmunda 5-1-ci maddə əlavə
edilsin:
“Maddə
5-1. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
elektron dövlət qeydiyyatı
5-1.1.
Təsisçinin (təsisçilərin) istəyi ilə yerli
investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində
yaranma halları istisna olmaqla) elektron qaydada həyata
keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu
Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş
müddətdə) və ya sürətli qaydada həyata
keçirilir. Həmin cəmiyyətin elektron dövlət
qeydiyyatının həyata keçirilməsi
üçün Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında
yerləşdirilmiş elektron ərizə forması
doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq
edilməlidir.
5-1.2.
Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə
yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
təsisçisi (təsisçiləri) tərəfindən
gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş
bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş təsis
sənədləri əlavə edilir.
5-1.3.
Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi
fiziki şəxs elektron ərizə formasını doldurur,
yalnız təkbaşına icra orqanının rəhbəri
və fəaliyyət sahəsi barədə məlumatı bəyan
edir. Bu halda təsisçi bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə
tutulmuş cəmiyyətin təsis sənədləri ilə
real vaxt rejimində tanış olur və onları gücləndirilmiş
elektron imza ilə təsdiq edir.
5-1.4.
Elektron dövlət qeydiyyatı zamanı təsisçi
hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin
eyniləşdirmə nömrəsinə malik olan hüquqi
şəxs çıxış edə bilər. Bu halda təsisçinin
dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
(dövlət reyestrindən çıxarışın) və
nizamnaməsinin surəti elektron ərizəyə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən əlavə
edilir və qeyd edilən sənədlərin notariat
qaydasında təsdiqi tələb olunmur.
5-1.5.
Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı
məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi,
icra orqanının rəhbəri (üzvləri) və direktorlar
şurasının (müşahidə şurasının)
üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində
yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən
təyin edilir.
5-1.6.
Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul
edilməsi barədə forması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən təsdiqetmə
bildirişi müraciət edənin şəxsi elektron
ünvanına göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyət dövlət qeydiyyatına
alındığı gün dövlət qeydiyyatı
haqqında şəhadətnamə, dövlət reyestrindən
çıxarış və nizamnamə elektron
ünvanına göndərilir.
5-1.7.
Sürətli elektron dövlət qeydiyyatı həyata
keçirildiyi andan sonra dövlət qeydiyyatına
alınmış yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi,
dövlət reyestrindən çıxarışı və
nizamnaməsi elektron ünvanına real vaxt rejimində göndərilir.
5-1.8.
Təsisçinin (təsisçilərin) və ya onun
(onların) müvafiq qaydada vəkil etdiyi şəxsin
müraciəti əsasında yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi,
dövlət reyestrindən çıxarışı və
nizamnaməsi təsdiq olunaraq kağız
daşıyıcılarında da verilir.”;
6.
Aşağıdakı məzmunda 11.3.1-1-ci maddə əlavə
edilsin:
“11.3.1-1.
ərizədə göstərilən məlumatlar və (və
ya) ona əlavə edilən sənədlər yanlış
olduqda;”;
7.
12.12-ci maddədə “ərizəsinin” sözündən sonra
“(o cümlədən, elektron ərizənin)” sözləri əlavə
edilsin;
8.
14.2.2-ci maddədə “müşahidə şurası”
sözləri “direktorlar şurası (müşahidə
şurası)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 dekabr
2011-ci il.
Azərbaycan.- 2012.- 25 yanvar.- S. 2.