AŞ PA Ermənistan
nümayəndə heyətinin müraciətini rədd etmişdir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvarın 23-də Strasburqda keçirilən iclasında Ermənistanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri David Arutunyan Assambleyanın yeni seçilmiş sədri Jan-Klod Minyona müraciət etmişdir. O, yeni sədrdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə AŞ PA-nın alt komitəsinin fəaliyyətinin dayandırılmasını xahiş etmişdir.
AzərTAc xəbər verir ki, yanvarın 24-də
AŞ PA-nın Bürosu erməni nümayəndə
heyətinin müraciətini nəzərə almamış və
Dağlıq Qarabağ münaqişəsi
üzrə alt komitənin fəaliyyətinin
davam etdirilməsini məqsədəuyğun
hesab etmişdir.
Azərbaycan.- 2012.- 25 yanvar.- S. 3.