Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Eveline Vidmer Şlümfün görüşü

 

Yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidmer Şlümfün görüşü olmuşdur.

İsveçrənin Prezidenti xanım Eveline Vidmer Şlümf Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundubu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyi qeyd edildi.

Azərbaycan ilə İsveçrə arasında enerji, ekologiya və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S.  1.