Avstraliya İttifaqının General-Qubernatoru zati-aliləri xanım Kventin Braysa
Hörmətli xanım General-Qubernator!
Milli bayramınız
- Avstraliya günü
münasibətilə Sizə
və xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan
ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı
daim xalqlarımızın
mənafelərinə xidmət
edəcəkdir.
Belə
bir əlamətdar gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Avstraliya xalqına
əmin-amanlıq və
rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 yanvar 2012-ci il
Azərbaycan.- 2012.-26 yanvar.- S. 1.