Cavad xanın xatirəsi anıldı

 

Yeni bərpa olunmuş Cavadxan küçəsi gəncəlilərin əsl seyrəngahına çevrilib. Bu günlər şəhər ictimaiyyəti nümayəndələri burada görülən abadlıq və quruculuq işləri ilə tanış oldular. Tarixi abidələrin önündə Cavad xanın anım mərasimi keçirildi.

Bəlli olduğu kimi, Gəncənin sonuncu xanı Cavad xan 1804-cü ilin yanvar ayında rus işğalçılarına qarşı mübarizədə oğlu Hüseynqulu xanla birlikdə şəhidlik zirvəsinə ucalmışdır. Bu barədə Gəncə Dövlət Dram Teatrı və Kukla Teatrının aktyorlarının ifasında "Hünər və qeyrət yolu" adlı maraqlı meydan tamaşası nümayiş etdirildi. Aktyor Ramiz Vəliyevin ssenarisi əsasında rejissor Vaqif Şərifovun quruluş verdiyi tamaşa zamanı igid Cavad xanın və ümumən Azərbaycan xalqının milli azadlıq uğrundakı mübarizəsi maraqlı epizodlarla təsvir olundu.

Anım mərasimi marş sədaları altında "N" saylı hərbi hissə əsgərlərinin təntənəli keçidi ilə başa çatdı.

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S. 8.