«Üns» yaradıcılıq səhnəsində Bakı tamaşaçıları dünyanın ən yaxşı qısametrajlı filmləri ilə tanış olmuşlar

 

AzərTAc xəbər verir ki, yanvarın 27-də Azərbaycanda ilk dəfə olaraq "Üns" yaradıcılıq səhnəsində "Future Shorts" rüblük qlobal kinofestivalanimasiya proqramına daxil edilmiş ən yaxşı qısametrajlı filmlər göstərilmişdir.

Tamaşanın təşkilatçısı "Yarat Contemporary Art Space" şirkətidir. Proqram çərçivəsində Bakı tamaşaçıları "İqlman maralı" (Böyük Britaniya), "Oskar" mükafatına layiq görülmüş "Məhəbbət Allahı" (ABŞ), "Dünənkindən daha dərin" (Avstraliya), "Bankda hadisə" (İsveç), "Lüminaris" (Argentina), "Xarici aləm" (Almaniya) filmlərinə baxmışlar.

Qeyd edək ki, rüblük festival proqramı 2011-ci il noyabrın 1-dən 2012-ci il yanvarın 31-dək olan dövrü əhatə edir. Bu müddətdə dünyanın 130-dan çox şəhərində ən yaxşı qısametrajlı filmlər göstərilmişdir. Beynəlxalq festival 2003-cü ildən fəaliyyət göstərir.

 

Azərbaycan.- 2012.- 28 yanvar.- S. 7.