Madriddə keçirilmiş «FİTUR-2012» Beynəlxalq turizm sərgisində Azərbaycanın bu sahədə potensialı layiqincə təqdim
edilmişdir
İspaniyanın paytaxtı Madrid şəhərində "FİTUR-2012" Beynəlxalq turizm sərgisi başa çatmışdır.
Xəbər verdiyimiz kimi, dünyanın 166 ölkəsindən 10.434 şirkətin iştirak etdiyi bu nüfuzlu sərgidə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi altında geniş nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti bu beynəlxalq tədbirdən əvvəl və sərginin davam etdiyi günlərdə ölkəmiz üçün ayrılmış 52 kvadratmetrlik pavilyonda respublikamızın zəngin turizm potensialını nümayiş etdirməklə yanaşı, qərargahı Madrid şəhərində yerləşən Dünya Turizm Təşkilatının (DTT), həmçinin İspaniyanın aparıcı turizm qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirmişdir.
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşdə bu qurum ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektiv inkişaf planları, bu il aprelin 12-dən 14-dək Bakıda keçiriləcək XI "AITF" Beynəlxalq turizm və səyahətlər sərgisində DTT-nin ayrıca pavilyon ilə təmsil olunması, ölkəmizin statistika üzrə mütəxəssisləri üçün Azərbaycanda və ya İspaniyada təlim proqramının təşkili, 2013-cü ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda turizm üzrə sessiyanın təşkil edilməsi və digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyəti
"VI Exceltur Tourism and Leadership" Forumunun iştirakçıları
arasında olmuşdur. Forumun rəsmi açılış
mərasimində İspaniyanın
Baş naziri Maryano Raxoy,
"FİTUR" sərgisi Təşkilat Komitəsinin
prezidenti Antonio Vazqez, Dünya Turizm Təşkilatının baş
katibi Taleb Rifai, "Exceltur"un sədri və "Melia Hotels International"ın
vitse-prezidenti Sebastian Escarrer
və bir sıra dövlətlərin
turizm üzrə yüksək vəzifəli
şəxsləri iştirak
etmişlər.
Forumda "Turizm
İspaniyanın sosial-iqtisadi
bərpasını sürətləndirməyə
kömək etmək üçün hökumətin
prioritet sahəsidir"
mövzusunda məruzə
dinlənilmişdir. Həmçinin
"Ölkələrin həyata
keçirdiyi təsirli
siyasətlər və
strategiyalar vasitəsilə
turizm sənayesinin siyasi gündəliyin zirvəsinə yüksəldilməsi,
"2012-ci il üçün
vaxtından əvvəl
əsas çağırışlar:
özəl sektor liderlərinin nöqteyi-nəzərləri", "Turizmdə
dövlət və özəl sektorların əməkdaşlığı: aparıcı institutların
öncə görmələri
və müvəffəqiyyətli
təcrübələri", "2012-ci ildə Avropa və İspaniya iqtisadiyyatları üçün
iqtisadi və istehlakçı meyillər:
turizm sənayesi üçün cəlbetmələr",
"Yeni turizm siyasətinin həyata keçirilməsi və
regional əməkdaşlığın təkmilləşdirilməsi", "Sədrliyin ötürülməsi
və "Exceltur"un
10-cu ildönümünün qeyd edilməsi" mövzuları üzrə
açıq müzakirələr
təşkil edilmişdir.
Azərbaycan nümayəndə heyəti müzakirələrdə
fəallıq göstərmişdir.
Forumun bağlanış
mərasimində İspaniya
Kralı Xuan Karlos və xanımı iştirak etmişlər.
Forum başa çatdıqdan
təntənəli açılış
mərasimi keçirilən
"FİTUR-2012" Beynəlxalq turizm sərgisində Azərbaycan layiqincə təmsil olunmuşdur. Sərginin davam
etdiyi müddətdə
Azərbaycan pavilyonuna
çoxlu sayda turizm şirkətlərinin
nümayəndələri və
yerli ziyarətçilər
gəlmişlər.
Azərbaycana səfər etmək
marağında olanlara
ölkəmizə gəlmək
üçün vizanın
alınması qaydaları,
gediş-gəliş üçün
nəqliyyat vasitələri,
prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri, bu il mayın 22-dən 26-dək
Bakıda keçiriləcək
"Eurovision-2012" mahnı müsabiqəsi haqqında
məlumatlar verilmiş,
ziyarətçilərə ölkəmizin turizm potensialına və Ermənistanın işğalı
altında olan Dağlıq Qarabağa dair məlumat xarakterli müxtəlif reklam-çap məhsulları
təqdim edilmişdir.
Sərgidə təmsil
olunan Azərbaycanın turizm
şirkətləri ilə
digər ölkələrin
analoji qurumları arasında görüşlər
keçirilmiş və
gələcək əməkdaşlıq
imkanları müzakirə
olunmuşdur.
"FİTUR-2012"
Beynəlxalq turizm sərgisində Azərbaycan
mədəniyyətinin təbliğ
olunması məqsədilə
Dövlət Mahnı
və Rəqs Ansamblının 4 nəfərdən
ibarət heyəti xüsusi proqram üzrə həm səhnədə, həm də Azərbaycan pavilyonunda çıxış
etmişdir. Həmçinin sərgi zamanı
ziyarətçilərə Azərbaycanın turizm potensialını əks etdirən filmlər və reklam çarxları nümayiş
etdirilmişdir.
Azərbaycan 2007-ci ildən başlayaraq ənənəvi "FİTUR" Beynəlxalq turizm sərgisində təmsil olunur.
Azərbaycan.- 2012.-29 yanvar.- S. 4.