Davosda Dünya İqtisadi Forumu çərçivəsində
«SOCAR-Energy of Azerbaijan» adlı təqdimat mərasimi keçirilmişdir
Davosda işini davam etdirən 42-ci Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən "SOCAR-Energy of Azerbaijan" adlı təqdimat mərasimi keçirilmişdir.
Dünyanın aparıcı şirkət və təşkilatlarının nümayəndələrinin iştirak etdiyi mərasimdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ölkəmizdə energetika sahəsində görülən işlər barədə məlumat vermişdir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger və Gürcüstanın Baş naziri Nika Gilauri Azərbaycanın dünyada tanınmış və etibarlı tərəfdaş olduğunu bildirmişlər. Mərasimdə Azərbaycan haqqında film nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 28 yanvar.- S. 1.