AŞ PA bürosunda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
üzrə Alt Komitənin fəaliyyəti
məsələsi müzakirə edilmişdir
Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bürosu qurumun qış sessiyasının yekunlarını müzakirə etmişdir. Büroda həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin fəaliyyəti ətrafında da fikir mübadiləsi aparılmışdır.
Bu məsələ ilə əlaqədar
AŞ PA sədri Jan-Klod Minyon
demişdir:
Büroda bu məsələ
müzakirə olunmuş, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
üzrə Alt Komitənin fəaliyyətini
dərhal qurmamaq şərtilə davam etdirmək barədə qərar verilmişdir. Bizə bu haqda hərtərəfli düşünmək
üçün vaxt
lazımdır. AŞ PA-nın aprel
ayında keçiriləcək yaz
sessiyasında Alt Komitənin gələcək
fəaliyyətinə dair qərar vermək
məqsədilə məsələyə
yenidən baxılmasını büronun
martın 9-da Parisdə
keçiriləcək iclasında müzakirə edəcəyik.
Alt Komitənin fəaliyyətinin yenidən
qurulması və davam etdirilməsi bir imkan və
variantdır. Bu, həm də
yeganə variant deyildir. Digər
variant da ola
bilər. Dağlıq
Qarabağ üzrə
Alt Komitənin fəaliyyətini
yenidən yaratmırıq
və münaqişənin
həll yolunun tapılması ilə
ATƏT-in Minsk qrupu məşğul
olur. Bunu dəqiq həll
etmək vasitəsi üçün hələ
ki elementlər yoxdur. Alt Komitənin
fəaliyyəti ilə
bağlı qeyd etdiyim kimi, martda bir daha müzakirə
aparacağıq. Mən
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
məsələsi ilə,
orada baş verənlərlə yaxından
məşğul olmaq
niyyətindəyəm".
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2012.- 28 yanvar.- S. 1.