Əsl soyqırımı ermənilərin azərbaycanlılara, xüsusən də körpələrə qarşı törətdikləri qanlı terrorlardır

 

Erməni şovinistləri xaricdəki diasporununböyük dövlətlərdəki erməni lobbisinin imkanlarından sui-istifadə edərək "əzabkeş, məzlum erməni milləti" obrazı yaratmaqda davam edir, azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımılar haqqında həqiqətləri gizlətməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar. Lakin unutmasınlar ki, onların dəhşətli əməlləri bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymətini alacaqdır. Dünya dövlətləri bu məsələdə erməni təbliğatı nəticəsində formalaşmış stereotiplərdən imtina etməli, "əzabkeş millətin" saxta göz yaşlarına uymamalıdırlar.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımı törədib. Ermənistan təbliğatının təzyiqi ilə əfsuslar olsun ki, bir sıra ölkələrin parlamentləri də qondarma "erməni soyqrmı"nı tanıyıblar.

 Fransa parlamentinin yanvarın 23-də "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsi bir tərəfdən, söz və düşüncə azadlığına böyük zərbədirsə, digər tərəfdən, erməni təəssübkeşliyini göstərən faktdır. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib. Bu qanun layihəsi qondarma "erməni soyqrımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və ya 45 min avro cəriməni nəzərdə tutur.

Fransa Senatının qəbul etdyi məlum qərar Prezident N.Sarkozinin şəxsi ambisiyalarından və bu ölkənin məlum siyasi dairələrinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyindən irəli gəlir. İnsan hüquqlarına dair Beynəlxalq Bəyannamənin 19-cu maddəsinə, Avropa insan hüquqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq insan öz fikir və düşüncəsini azad şəkildə ifadə etmək hüququna malikdir. Bu hüququn təmin edilməsi Fransa Konstitusiyasında da əksini tapıb.

Rəsmi Bakı Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsini demokratiyaya, insan hüquqlarına və azad düşüncəyə zidd olduğunu bəyan etmişdir. Azərbaycan cəmiyyəti Fransa Senatında qəbul edilən bu qərarı qətiyyətlə pisləyir və adıçəkilən ölkəyə öz etirazını bildirir.

Tarixi faktlar da təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan ermənilər müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif dönəmlərdə azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmişlər. Ermənilər bu gün də azərbaycanılara qarşı terror və soyqırımı siyasətindən əl çəkmirlər.

Ermənilərin Azərbaycan ərazilərini bütün beynəlxalq qanunhüquq normalarına zidd olaraq işğal altında saxlaması, bununla bərabər mülki vətəndaşlarımızı, o cümlədən uşaqları qətlə yetirməyə davam etməsinin kökündə dayanan ən əsas səbəblərdən biri, əslində, onların dünya ictimaiyyəti tərəfindən hələ də sərt təpki ilə üzləşməmələridir. Bundan ruhlanan erməni faşistləri təəssüf ki, gələcəyimiz olan uşaqları qətlə yetirməkdən, bu zaman ən rəzil terror aktlarından istifadə etməkdən belə çəkinmirlər. Balaca Aygünün hansı formada qətlə yetirilməsində biz bunun növbəti dəfə şahidi olduq. Bir müddət öncə ermənilərin əl işi olan partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanmışdır. Məlumata görə, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Elsəvər Cəfərov və Aygün Şahmalıyeva oyuncağı taparaq evə gətiriblər. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.

Aygün Şahmalıyevanı qətlə yetirməklə erməni cəlladları artıq ikinci uşağın həyatına son qoymuş oldular. Bundan öncə ötən il martın 8-də Ağdam rayon sakini 9 yaşlı Fariz Bədəlov həyətdə oynayarkən erməni snayperinin hədəfinə çevrildi. Başından aldığı güllə yarası ermənilərə heç bir pisliyi dəyməyən bu körpənin ömür yoluna son qoydu.

Uzun illər tibb sahəsində əmək sərf etmiş bir insan olaraq körpə bir uşağa qıymağın mümkün olmasını təsəvvürə belə gətirə bilmirəm! Axı biz həkimlər həmişə insanlara sağlam həyat bəxş etməyə, onlara uzun ömür yaşamaqda yardımçı olmağa çalışmışıq! Bu mənada, ömür yolunun hələ başlanğıcında olan məsum, günahsız bir uşağı amansız formada terror aktının qurbanına çevirməyi təsəvvür etmək belə dəhşətdir!

Ermənilər partlayıcı qurğunu oyuncaq içərisinə yerləşdirərkən buna məhz uşaqların maraq göstərəcəyini, mütləq onu götürəcəklərini əvvəlcədən yaxşı biliblər. Bu isə o deməkdir ki, daha bir azərbaycanlı uşağın qətlə yetirilməsi planlı şəkildə həyata keçirilibbu, müharibənin bütün qanunlarına ziddir. Müvafiq beynəlxalq təşkilatların sözügedən olaya dərhal reaksiya verməsi, erməni terror və vəhşiliyini pisləməsi mühüm şərt kimi çıxış edir. Artıq Azərbaycan dövləti bu amansız və qəddar insident haqda beynəlxalq təşkilatların məlumatlandırılması istiqamətində zəruri addımlar atır, ancaq təəssüf ki, biz hələ də lazımi reaksiyanı görmürük.

Bunlar təsdiqləyir ki, erməni xisləti yenə bütün nadanlığı ilə özünü büruzə verir. Körpə fidanlar açmamış solurlar. Qəddarlıq və əzazillikləri ilə Hitler faşistlərini belə heyrətə sala biləcək ermənilər bütün müharibə qanunlarını pozaraq günahsız, məsum Azərbaycan körpələrini terrorlarının qurbanına çevirdilər. Bununla bir daha azərbaycanlılara qarşı soyqırımı siyasətlərinə sadiq qaldıqlarını göstərdilər. Yenidən aydın oldu ki, uşaqböyük, qadın və qoca, mülki şəxs və hərbçi olmasından asılı olmayaraq, hər bir azərbaycanlı ermənilər üçün hədəfdir. Elə bu da xalqımıza qarşı indiyə qədər müxtəlif soyqırımıları törədən ermənilərin yenə bədxah niyyətlərindən əl çəkmədiklərinin real təzahürüdür.

Milli Məclisdə təmsilçisi olduğum Gədəbəy-Tovuz sakinləri 20 ildən artıqdır ki, müharibənin bütün ağrı-acılarını öz talelərində yaşayırlar. Amansız savaş bütün Azərbaycan vətəndaşları kimi, bu camaata da böyük fəlakətlər bəxş edib.

İnsanlar böyük zəhmət hesabına qurduqları evlərini itirmiş, yüzlərlə həmvətənimiz müharibə qurbanına çevrilmiş, əlil olmuş və şəhidlik zirvəsinə yüksəlmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bu bölgənin igidləri adlarını qəhrəmanlıq salnaməsinə şərəflə həkk etdirmişlər. Təəssüf ki, artıq uzun illərdir erməni terroru hədəf kimi mülki əhalini, son vaxtlar isə günahsız körpələri seçib.

Bu dəhşəti törədənlərin insan adı daşımağa heç bir haqqı yoxdur və belələri, sözün əsl mənasında, insanlıq adına böyük qara ləkədir! Bəşər tarixinin geridə qoyduğu zaman insanlıq şüurunda kifayət qədər böyük mütərəqqi dəyişikliklərlə müşayiət olunsa da, çox təəssüf ki, baxış və şüur səviyyəsi hələ ibtidai formada ilişib qalanlar, vəhşilik xislətindən qurtula bilməyənlərvar. Günümüzdə bunun ən real nümunəsi uşaqları hədəfə alan erməni cəlladlarıdır. Ümumiyyətlə, tarixən azərbaycanlılara qarşı törətdikləri soyqırımılarında, müxtəlif qanlı olaylarda uşaqlar, hətta ana bətnində olan körpələr belə ermənilərin əsas hədəflərindən olub. Ötən əsrin əvvəllərində, həmçinin 1918-ci ildə ermənilər tərəfindən böyüklərlə yanaşı, nə qədər uşaq qətlə yetirildi. Özübu zaman ən ağlagəlməz vəhşiliklərdən, işgəncə üsullarından istifadə olundu. Körpələr, uşaqlar süngüyə keçirildi, diri-diri yandırıldı, bədənlərinin müxtəlif əzaları kəsildi. Hətta ana bətnində olanlar belə süngüyə keçirilməkdən xilas ola bilmədilər, onlara erməni qatilləri heç bir aman vermədi.

Soydaşlarımız öz tarixi yurdları olan indiki Ermənistan ərazisindən zor gücünə qovularkən yenə uşaqlar erməni daşnaklarının, cəlladlarının hədəfində idilər. Bu dəfə də eyni zorakılıqla, eyni vəhşiliklə, eyni qəddarlıqla qətlə yetirilirdilər. Azərbaycan ərazilərini işğal edəndə də ermənilər analoji ssenariləri təkrarlayır, hətta yeni kəşf etdikləri işgəncə üsullarını vəhşiliklə təkcə böyüklər yox, uşaqlar üzərində də tətbiq edirdilər. Bunun nəticəsində neçə-neçə körpə və uşağın həyat işığı qanlı əllərlə söndürüldü. Bütün bunlar vəhşilik və rəzillik xislətinin ermənilərin genetikasında olduğunu aydın göstərən faktorlardır. 

İndi beynəlxalq ictimaiyyət erməni terrorunun bu növbəti təzahürünü kəskin pisləməli, belə halların təkrarlanmaması üçün Ermənistana təzyiqləri artırmalı, onun işğalçılıq siyasətinə son verilməsi üçün konkret addımlar atmalıdır. Əks halda, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünü digər vasitələrlə, o cümlədən böyük qüdrətindən ermənilərin belə şübhə duymadığı ordusu vasitəsilə təmin etmək məcburiyyətində qalacaq. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Azərbaycan dövləti və Azərbaycan ordusu güclü dövlətdir və güclü ordudur. Hamı bilir, o cümlədən yoxsulluq içində çabalayan, xarici ianələr ilə yaşayan Ermənistan bilir ki, Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz inkişaf edirik, güclənirik, xalqımız varlanır, ölkəmiz güclənir, onlar isə aclıq içindədir. Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni, hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Bizim əhalimiz artır, onların əhalisi azalır. 5-10 ildən sonra bizim əhalimiz olacaq 11 milyon, onların əhalisi olacaq 1 milyon. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür".

Azərbaycan ordusunun ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "İrəli" əmrinə müntəzir olaraq hər an zəbt edilmiş ərazilərimizi işğaldan azad etmək qüdrətində olduğunu ölkəmizdə mütəmadi keçirilən möhtəşəm hərbi paradlar da təsdiq etdi. Bütün dünya görür ki, Ermənistanı diplomatik cəbhədə məğlubiyyətə düçar edən Azərbaycan bunu hərbi müstəvidə də etmək iqtidarındadır! Belə vəziyyət ərazilərimizin işğaldan azad olunacağı günün uzaqda olmadığına xalqımızda yaranmış inamümidi daha da gücləndirir.

 

Rafiq MƏMMƏDHƏSƏNOV,

Milli Məclisin deputatı,

tibb elmləri doktoru, professor

 

Azərbaycan.- 2012.-28 yanvar.- S. 4.