Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan rədd olmalıdır

 

Prezident İlham Əliyev sülh əldə etməyin yeganə yolu olan bu şərti təmas xəttində Azərbaycan əsgərinə, Soçidə isə birbaşa Ermənistan rəhbərinə bəyan etdi

 

Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mühüm məqamları ilə diqqəti cəlb etdi. Yanvarın 23-də Soçidə, "Grand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan rəhbəri Serj Sarkisyanın birgə görüşü keçirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olundu. Üçtərəfli danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul edildi. Bəyanatda bildirilir: "Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə görüldüyünü qeyd etmişlər. Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri Sülh Sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq, indiyə qədər görülmüş hesaba alınmaqla Əsas Prinsiplər barədə razılaşma ələ edilməsini sürətləndirməyə hazır olduqlarını bildirmişlər". 

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri 2011-ci il martın 5-də Soçidə qəbul edilmiş Birgə Bəyanatın müddəalarını inkişaf etdirərək həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə işləyib hazırladıqları, atəşkəs xətti boyunca təhqiqatlar aparılması mexanizmi haqqında məruzəni nəzərə almış və bu işi davam etdirməyi tapşırmışlar. Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalıların, elmiictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər.  

Ümumiyyətlə, rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlikiqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və beynəlxalq təşkilatlar problemin birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Etiraf etmək lazımdır ki, təcavüzkarı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. "Nə hərb, nə sülh" vəziyyəti xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür.

Sülh danışıqları ilə yanaşı, Azərbaycan cəmiyyətində daim gündəmdə qalan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli perspektividir. Torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə də kifayət qədər böyük uğurlar qazanmışdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Soçi görüşündən öncə Goranboy rayonunda təmas xəttindəki "N" saylı hərbi hissədə olarkən bildirmişdi: "Biz ordu quruculuğuna daim diqqət göstəririk, vəsait ayırırıq. Keçirilən hərbi paradlar bizim gücümüzü göstərir. Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün imkanlar vardır. Bunu bizbilirik, düşmən də, bu məsələ ilə məşğul olan vasitəçilər də bilirlər. Sülhü əldə etmək üçün bir şərt vardır: Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır. Hələ ki gec deyildir".

Bu gün müstəqil Azərbaycanın NATO standartlarına cavab verən, şəxsi heyətinin döyüş hazırlığı yüksək olan peşəkar və modern ordusu var. Bu ordunun dinamik inkişaf meyillərini şərtləndirən başlıca amillərdən biri də məhz ölkənin uğurlu daxilixarici siyasəti, eyni zamanda dünyada artan nüfuzudur. Müstəqil respublikamızın son illərdə sosial-iqtisadi sahədə mühüm uğurlara imza atması, büdcə vəsaitlərinin ilbəil yüksək templə çoxalması ölkə rəhbərliyinə ordu quruculuğu sahəsində daha sistemli və ardıcıl tədbirlər həyata keçirməyə imkan vermişdir. Dövlət büdcəsinin gəlirlərinə adekvat olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ayrılan vəsaitlər də artırılır.

Xatırlatmaq yerinə düşər ki, 2003-2011-ci illərdə Azərbaycan Ordusuna ayrılan xərclər təxminən 20 dəfəyədək artmışdır. Əgər 2003-cü ildə hərbi xərclərə dövlət büdcəsindən 160 milyon, 2004-cü ildə 175 milyon, 2005-ci ildə 300 milyon, 2006-cı ildə 600 milyon dollar ayrılmışdısa, 2011-ci ildə bu rəqəm 3 milyard 300 milyon dollara çatmışdır. Bütün bunlar isə ordu hissələrinin müasir texnika, silah-sursat, əşya və qida təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, eyni zamanda gənc əsgər və zabitlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsinə imkan yaratmışdır. 2012-ci ildə isə respublikanın müdafiə xərcləri 1381346,9 min manat təşkil edəcəkdir və bu da dövlət büdcəsi xərclərinin 14,8 faizini təşkil edir. 2011-ci ilə nisbətən müdafiə xərcləri 1,9 faiz çox olacaqdır.

Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir, torraqlarımızın 20 faizi işğal altındadır. Belə bir vəziyyət isə müdafiə məsələlərinə diqqətin artırılmasını tələb edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun da miqyası genişlənəcəkdir. Regionda qüvvələr nisbətinin bütün parametrlər üzrə  hansı dövlətin xeyrinə sürətlə dəyişdiyi isə artıq beynəlxalq aləmdə də birmənalı qəbul ediliretiraf olunur. İşğalçı Ermənistanın Azərbaycanın artan iqtisadi gücü qarşısında təcavüzkar siyasətindən əl çəkərək torpaqlarımızı öz xoşuna boşaltmaqdan başqa yolu qalmır.

 

Elnur HACIALIYEV,

 

Azərbaycan.- 2012.-31 yanvar.- S.  1.