Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fransanın Strasburq şəhərində keçirilmiş seminarda iştirak etmişdir

 

Yanvarın 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanlarının sədr və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində  keçirilmiş  İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının tətbiqi işində milli məhkəmələrin fəallığının artırılmasının təmin edilməsi mövzusunda seminarda iştirak etmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Avropa dövlətlərinin məhkəmələri tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və Avropa Məhkəməsinin praktikasının tətbiqinin vacibliyi ilə əlaqədar müzakirələr  və qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2012.- 31 yanvar.- S.  2.