Davos İqtisadi Forumu işini davam etdirir

 

Azərbaycan Prezidenti İlham Əliyevin "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villiger ilə görüşü

 

 Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villiger ilə görüşü olmuşdur. 

Görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan "UBS" bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparıldı.

Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladan Kaspar Villiger Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini dedi.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 yanvar.- S.  1.