Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşü olmuşdur.

Azərbaycanın Dünya İqtisadi Forumunda iştirakının və ildən-ilə artan fəallığının əhəmiyyətinin qeyd edildiyi görüşdə son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində gedən inkişafla bağlı fikir mübadiləsi aparıldı.

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab qeyd etdi ki, Azərbaycanın bu inkişafı dünyanın və Avropanın bir sıra nüfuzluböyük şirkətlərinin ölkəmizə marağını daha da artırır.

Görüşdə gələcəkdə yeni layihələr üzərində işləməyin əhəmiyyətini vurğuladılar.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 yanvar.- S.  1.