Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 yanvar.- S.  1.