Azərbaycan Prezidenti İlham
Əliyevin Almaniyanın «Deutsche
Bank»ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə
icraçı direktoru Peter
Tils və idarə heyətinin üzvü Yürgen Figen ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın "Deutsche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və idarə heyətinin üzvü Yürgen Figen ilə görüşü olmuşdur.
Görüşdə regionun aparıcı ölkəsi olan Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin önəmi vurğulandı, respublikamız ilə Almaniyanın "Deutsche Bank"ı arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olundu. Həmçinin görüşdə Azərbaycan ilə "Deutsche Bank" arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 27 yanvar.- S. 1.