Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger ilə görüşü

 

 Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger ilə görüşü olmuşdur.

Görüşdə humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məsələlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin rolu qeyd edildi.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 yanvar.- S. 1.