Azərbaycan Prezidenti İlham
Əliyevin və Ukrayna Prezidenti
Viktor Yanukoviçin görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, enerji sektorunda əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
Ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilən görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyəti qeyd edildi.
AzərTAc
Azərbaycan.- 2012.- 27 yanvar.- S. 2.