Azərbaycan Prezidenti İlham Əliyev
RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşmüşdür
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Energetika sahəsində əməkdaşlığın önəminin qeyd olunduğu görüşdə "Şahdəniz" qaz yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edildi.
AzərTAc
Azərbaycan.- 2012.- 27 yanvar.- S. 2.