Azərbaycan Prezidenti İlham
Əliyevin Pakistanın Baş naziri Sayed Yusuf
Raza Gilani ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşü olmuşdur.
Sayed Yusuf Raza Gilani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Görüşdə əlaqələrimizin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi və bunun çox böyük əhəmiyyətə malik olduğu vurğulandı. Azərbaycanın və Pakistanın bir-birini həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəklədiyi bildirildi və bu dəstəyin bundan sonra da davam etdirilməsinin önəmi qeyd olundu.
Görüşdə ölkələrimiz arasında neft-qaz, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 27 yanvar.- S. 2.