İlham Əliyev «Holcim
Group» şirkəti idarə heyətinin sədri
Markus Akerman ilə görüşmüşdür
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda "Holcim Group" şirkəti idarə heyətinin sədri Markus Akerman ilə görüşmüşdür.
Görüşdə "Holcim Group" şirkətinin Azərbaycandakı fəaliyyətindən, ölkəmizə investisiya qoymasından və bu şirkətin Qaradağ sement zavodunun tikintisində iştirakından məmnunluq ifadə olundu.
Azərbaycanda birlikdə təməli qoyulan yeni sement zavodunun bu il istifadəyə veriləcəyinin vurğulandığı görüşdə bunun iqtisadi əlaqələrimizin genişlənməsində önəmli hadisə olduğu bildirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 27 yanvar.- S. 2.