Azərbaycan Prezidenti İlham Əliyevin «Microsoft International» şirkətinin prezidenti, «Microsoft» korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü

 

 Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olmuşdur. 

Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirdi, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğuladı. Bildirdi ki, təmsil etdiyi şirkət informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğuladı.

Görüşdə "Microsoft"un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edildibununla bağlı işlərin sürətləndirilməsi qərara alındı.

 

AzərTAc

 

Azərbaycan.- 2012.-27 yanvar.- S. 2.