SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu İdarədə çalışan sabiq əməkdaşlardan ibarət nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur

 

1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin katibliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu İdarəsinin və SSRİ Səhiyyə Nazirliyi 4-cü İdarəsinin keçmiş əməkdaşlarından ibarət nümayəndə heyəti yanvarın 26-da Heydər Əliyev Fondunda olmuşdur.

 Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi daşıyan Heydər Əliyev Fondunun ekspozisiyası  ilə tanış oldular. Diqqətə çatdırıldı ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolareksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində kövrək hisslər doğurdu.

Burada həmçinin ulu öndərin Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən çəkdirdiyi şəkillər, hərbi geyimləri fondun ziyarətçiləri tərəfindən maraqla qarşılandı.

Qonaqlar fondda Heydər Əliyevin mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etdilər, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış oldular.

Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 yanvar.- S. 5.