Avropa
Şurası Venesiya Komissiyasının üzvləri Milli Məclisdə
olmuşlar
Aprelin 11-də Milli Məclisin Hüquq siyasəti
və dövlət
quruculuğu komitəsinin
sədri Əli Hüseynli və
İnsan
hüquqları komitəsinin
sədri Rəbiyyət Aslanova Azərbaycanda səfərdə
olan Avropa Şurası Venesiya Komissiyasının üzvləri
ilə
görüşmüşlər.
AzərTAc
xəbər verir ki, Əli Hüseynli Azərbaycan parlamenti ilə
Venesiya Komissiyası arasındakı əməkdaşlıqdan
danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan
Avropa Şurasına tam hüquqlu üzv olarkən
götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Komitə sədri
parlamentin qanun yaradıcılığı prosesi, milli
qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılması sahəsində
görülən işlərdən, əldə olunan nailiyyətlərdən söhbət açmışdır.
Rəbiyyət
Aslanova Venesiya Komissiyası ilə Milli Məclis
arasında mövcud olan ənənəvi dostluq
münasibətlərinin yüksək qiymətləndirildiyini vurğulamışdır. Nəzərə
çatdırılmışdır ki, Azərbaycan parlamenti
qanunvericilik prosesində beynəlxalq
hüququn norma və prinsiplərinə hörmətlə
yanaşır, Venesiya
Komissiyasının
qanun
yaradıcılığı
sahəsində məsləhət və tövsiyələrini nəzərə
alır. Ölkəmizdə
insan hüquq və
azadlıqlarının daha təkmil şəkildə
qorunması istiqamətində
bütün zəruri addımlar
atılır.
Avropa Şurası Venesiya
Komissiyasının üzvü Herdis Torgeirsdottir səmimi
görüş
üçün təşəkkürünü bildirmiş, Bakıda səmərəli
görüşlər keçirdiklərini demişdir. Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
barəsində də fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2013.- 12 aprel.- S. 2.