Azərbaycan
Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr
və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının
V qurultayı keçirilmişdir
Aprelin 11-də Azərbaycan Respublikası
Müharibə, Əmək, Silahlı Qüvvələr və
Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının
V qurultayı keçirilmişdir.
AzərTAc
xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən
sonra qurultay açıq elan olunmuşdur.
Sonra
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin,
şəhidlərimizin və hesabat dövründə
dünyasını dəyişmiş Şura üzvlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha
sonra qurultayın mandat komissiyası və katibliyi
seçilmişdir.
Hesabat
məruzəsi ilə çıxış edən Azərbaycan
Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr
və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatı
sədrinin birinci müavini S.Tağızadə Prezident
İlham Əliyevin veteranlara göstərdiyi diqqət və
qayğısından minnətdarlıqla
danışmışdır.
Məruzəçi
ümummilli lider Heydər Əliyevin veteranların
hüquqlarının bərpa olunmasında, onlara diqqət və
qayğı göstərilməsində böyük xidmətlərini
xatırladaraq demişdir ki, veteranlar hazırda Prezident
İlham Əliyevin qayğı və diqqətini daim hiss edirlər.
O,
görülən tədbirlərin veteranların daha da fəallaşmasına,
gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə
edilməsi sahəsində onların üzərinə
düşən vəzifələrin ardıcıl yerinə
yetirilməsinə müsbət təsir göstərdiyini
xüsusi vurğulamışdır.
Bildirilmişdir ki, hesabat dövründə həm respublika, həm də yerli veteran şuralarının əsas aparıcı qüvvəsi olan daimi komissiyalarının fəaliyyətinin canlanması üçün gərgin iş aparılmışdır. Rayon və şəhər veteranlar şuralarının rəyasət heyətinin tərkibində əhəmiyyətli keyfiyyət dəyişiklikləri edilmişdir. Hazırda fəaliyyət göstərən 23 rayon və şəhər təşkilatında veteran təşkilatlarının 26,4 faizində rəhbərliyə yeni fəal veteranlar seçilmişlər. Əvvəllər mövcud olan və paralel fəaliyyət göstərən komissiyaların sayı iki dəfə azaldılmış, onların rəhbərliyi möhkəmləndirilmişdir. Veteranlar Şurası bu gün ölkənin vətəndaş cəmiyyətinin ən nüfuzlu təmsilçisi kimi 1742 ilk təşkilatı, 86 rayon və şəhər təşkilatını, Naxçıvan Muxtar Respublikası və 3 iri peşə sahəsi veteran təşkilatını özündə birləşdirir. Şura MDB Veteranlar Təşkilatının Əlaqələndirmə Şurasının və Dünya Veteranlar Şurası kimi beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatların işində fəal iştirak edir.
Natiq
Veteranlar Şurasının fəaliyyətini geniş
işıqlandırdıqlarına görə Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc), "Azərbaycan",
"Xalq qəzeti" və "Respublika" qəzetlərinin
kollektivlərinə minnətdarlığını
bildirmişdir.
Azərbaycan
dövlətinin və şəxsən Prezident İlham Əliyevin
veteranlara göstərdiyi diqqət və qayğıdan
razılıqla danışan S. Tağızadə demişdir
ki, Azərbaycan veteranları Prezident İlham Əliyevin ətrafında
sıx birləşərək onun simasında öz gələcəyinə
ümidlə baxırlar. S.Tağızadə
vurğulamışdır ki, Respublika Veteranlar
Şurasının Rəyasət Heyəti Azərbaycan
Prezidentinin ətrafında sıx birləşib və builki
prezident seçkilərində də Heydər Əliyev siyasətinin
layiqli davamçısı İlham Əliyevə səs verəcəkdir.
S.Tağızadə
təşkilatın adından İlham Əliyevin
qarşıdan gələn prezident seçkilərində
namizədliyinin irəli sürülməsi təklifi ilə
çıxış etmişdir.
Təklif yekdilliklə qəbul olunmuşdur.
Qurultayda
çıxış edən Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev Böyük Vətən
müharibəsində hamının bir əqidə, bir fikir -
Vətəni müdafiə etmək əzmi ilə cəbhəyə
yollandığını, bu yolda canlarından keçdiklərini
diqqətə çatdırmışdır. Keçən əsrin
90-cı illərinin əvvəllərində bu müharibəyə,
eləcə də veteranlara münasibətin dəyişdiyini
xatırladan natiq yalnız ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra veteranların
bir çox problemlərinin həll olunduğunu və bu
münasibətin dahi rəhbərin siyasi xəttinin layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
davam etdirildiyini xüsusi qeyd etmişdir.
Şuranın
fəaliyyətini yüksək qiymətləndirən Ə.Mehdiyev
demişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin
qorunmasında, xalqın rifah halının
yaxşılaşmasında, eləcə də gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında
veteranlarımız öz töhfəsini vermişlər. İstər
sovet dövründə, istərsə də müstəqillik
illərində veteranlar bütün sahələrdə fəallıq
nümayiş etdirmişlər. Bu gün veteranlarımız
bizim sıralarımızdadır. Veteranların vətən və
dövlətçiliklə bağlı fikirləri həmişə
önəmli olmuşdur.
Azərbaycan dövləti də veteranların əməyinə böyük qiymət verir. Hər il 9 may Qələbə Gününün qeyd edilməsi və bu ənənənin qorunub saxlanması hər bir veteranın ürəyincədir və bu ənənə davam etdiriləcəkdir. İnanırıq ki, veteranlar bundan sonra da öz vətəndaşlıq, dövlətçilik mövqeyi ilə ölkədə aparılan siyasətə dəstək verəcəklər.
Sonra
Veteranlar Şurasının rayon təşkilat sədrlərinin
çıxışı dinlənilmişdir.
Çıxış edən veteranlar onların sosial-məişət
məsələlərinin həllinə dövlətimizin
göstərdiyi qayğıdan danışmış, təşkilatlarda
görülən işləri, qarşıda duran vəzifələri,
eləcə də problemləri diqqətə
çatdırmış, rəy və təkliflərini
bildirmişlər.
Qurultayda
təşkilati məsələlərə
baxılmış, Respublika veteranlar Təşkilatının
Nizamnaməsinə dəyişikliklər edilmiş, Nəzarət
Təftiş Komissiyasının Əsasnaməsi təsdiqlənmiş,
Qətnamə qəbul olunmuş, Veteranlar Şurasının
və Nəzarət Təftiş komissiyasının yeni tərkibləri
seçilmişdir.
Tədbirin
sonunda Veteranlar Şurası adından Prezident İlham Əliyevə
müraciət qəbul edilmişdir.
* * *
Qurultaydan sonra Azərbaycan Respublikası
Müharibə, Əmək, Silahlı Qüvvələr və
Hüquq-Mühafizə Orqanları Veteranlar
Şurasının plenumu keçirilmişdir.
Plenumda
təşkilati məsələlərə baxılmış,
Əlövsət Baxışov səs çoxluğu ilə
Azərbaycan Respublikası Müharibə, Əmək,
Silahlı Qüvvələr və Hüquq-Mühafizə
Orqanları Veteranlar Şurasının sədri
seçilmişdir.
Azərbaycan.- 2013.- 12 aprel.- S. 3.