Azərbaycanın
Gəncə şəhəri «Avropa Gənclər
Paytaxtı-2016» müsabiqəsinin finalına
çıxmışdır
Gəncə Avropa Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən "Avropa Gənclər Paytaxtı-2016" müsabiqəsində 12 ölkə arasında keçirilən seçimlərdə finala çıxan 5 şəhərdən biri olmuşdur.
AzərTAc
xəbər verir ki, bununla bağlı keçirilən
ümumşəhər toplantısında
çıxış edən şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyev Avropa gənclərinin
bu mötəbər müsabiqəsində Gəncənin
qazandığı nailiyyəti bütün Azərbaycan gənclərinin
qələbəsi kimi dəyərləndirmişdir.
Sonra
müsabiqəyə hazırlıq məqsədilə təşkil
olunmuş komissiyanın sədri Mikayıl Zeynalov
çıxış edərək son illər şəhərdə
Gəncənin Avropanın gənclər paytaxtı olması
istiqamətində görülən işlərdən, həyata
keçirilən beynəlxalq tədbirlərdən
danışmışdır.
Gəncənin
"Avropa Gənclər Paytaxtı-2016" müsabiqəsində
finala çıxmasını böyük nailiyyət kimi qiymətləndirən
şəhər gəncləri onun növbəti mərhələdə
də qalib olmasını arzulamışlar.
Toplantıda
Gəncənin tarixinin öyrənilməsi, bu qədim
yaşayış məskəninin yaşının dəqiqləşdirilməsi
ilə bağlı məsələ də müzakirə
edilmişdir.
Gəncə
Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev çıxış edərək
hazırda bu istiqamətdə aparılan elmi
araşdırmalardan danışmış, bu işə
dünyanın tanınmış alimlərinin cəlb edildiyini
diqqətə çatdırmışdır. Tədbirdə
iştirak edən alimlər Gəncənin əsl tarixi ilə
bağlı başlanan tədqiqatların davam etdirilməsi
üçün təklif və tövsiyələrini
vermişlər.
Azərbaycan.- 2013.- 12 aprel.- S. 3.