Avstraliyanın Xüsusi Yayım Xidməti: Sərmayədarlar
Azərbaycanın zəngin potensialından tam
istifadə etməlidirlər
Avstraliyanın ictimai
yayım radio və televiziya
şəbəkəsinin (Xüsusi
Yayım Xidməti) saytında "Sərmayədarlar Azərbaycanın
zəngin potensialından tam istifadə etməlidirlər"
sərlövhəli informasiya yerləşdirilmişdir.
İnformasiyada Beynəlxalq Valyuta Fonduna istinadən bildirilir ki, Azərbaycan son 10 ildə iqtisadi
baxımdan ən sürətlə inkişaf
edən ölkələrdən biridir. Lakin bu ölkədə hələ
də xarici sərmayədarların diqqətini
cəlb etməyən potensial sahələr
mövcuddur. Buna
görə də xarici sərmayədarlar
bu sahələrdən tam
şəkildə istifadə etməlidirlər.
Yazıda qeyd edilir ki, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan zəngin təbii ehtiyatlara malikdir. Bu ölkənin orta və ali təhsil müəssisələrində şagirdlər və tələbələr savadlı kadrlar kimi hərtərəfli yetişərək ingilis, rus, türk və digər xarici dilləri öyrənirlər.
AzərTAc
Azərbaycan.- 2013.- 12 aprel.- S. 3.