Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası olmuşdur
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Palatasının iclası olmuşdur.
Konstitusiya
Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, iclasda Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və
"Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.1-ci
maddəsinə əsasən, Cinayət Məcəlləsinin
213-cü maddəsinin dispozisiyasının və Vergi Məcəlləsinin
78.3-cü və 78.4-cü maddələrinin
şərh edilməsinə dair Goranboy Rayon Məhkəməsinin
müraciətinə baxılaraq icraata qəbul edilməsi
haqqında qərardad çıxarılmışdır.
Müraciətə
mahiyyəti üzrə, tərəflərin iştirakı ilə
Konstitusiya Məhkəməsi Plenumunun mayın 14-nə təyin
edilmiş iclasında baxılacaqdır.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 8.