Rüstəm
İbrahimbəyovun mövqeyi düşmən
münasibətinin göstəricisidir
Rüstəm İbrahimbəyovun Rusiyanın
"Rosbalt" agentliyinə verdiyi müsahibə ilə tanış olduqdan sonra onunla Əkrəm Naibovun
arasında heç bir
fərqin olmadığı aydın sezilir.
Əksinə doğmalıqlar qabarır. Azərbaycanın ədəbi
mühitindən didərgin düşən bu
iki "ziyalı" ideal
axtarışlarında öz
simalarını itirdilər.
Onlar
vətən, millət sevgisi ilə pərdələndikcə,
cildlərini dəyişdikcə əsl mahiyyətləri
bütün çılpağı ilə üzə
çıxdı. Rüstəm
İbrahimbəyov bilməlidir ki,
bəşəri sevgi bir dövlətdə oturub
başqa bir dövlətin maraqları naminə Vətənə
barmaq silkələmək deyil. İlk növbədə
doğulduğun torpağa, aid olduğun xalqa, onun tarixinə və yaşadığı iztirablara rəğbətlə
yanaşmalısan. Bütün sevgilər doğulduğun
torpağa sədaqətdən boy verib ucalır. Rüstəm
İbrahimbəyov millət sevgisini Azərbaycanda qan tökən
erməni millətçilərinin Bakı nisgili ilə
ölçür. Amma düşünmür ki, ədib
ağlı, istedadı və bir də doğulduğu
torpağa sevgisi, sədaqəti ilə ucalır. Bu sədaqəti
əsassız nifrətə, iddialara, ittihamlara çevirənlər
oturduğu budağı baltalayanlara bənzəyirlər.
Təəssüf
ki, son zamanlar bəzi "ziyalılar"ın antiazərbaycançı
şəbəkəyə "köç" etmələri
və burada "döyüşmələri"
açıq-aydın görünür. Öz
ambisiyalarında ifrata varan bu "ədiblər" nə qədər
gülünc görünsələr də, müəmmalı
iddialarında israrlıdırlar. Bumudur bəşəri sevgi?
Bəşəri sevgi özündən, vətənindən və
genetik yaddaşına hopan min ilin vərdişlərindən imtina edib vətəni ittiham etmək
deyil.
"Daş
yuxular"ı dərc edən
Rusiya niyə Rüstəm İbrahimbəyovun
"Rosbalt" agentliyinə verdiyi müsahibəni də mətbuata
çıxarmasın!? Geninə-boluna şimal qonşumuzun mətbuatını
bəzəyən həmin yazıda nə yazıq ki, Azərbaycan
sevgisi yoxdur. Azərbaycanlı "ziyalı"nın
müsahibəsindən öyrəndik ki, Dağlıq
Qarabağ vilayəti Azərbaycandan daha çox Ermənistana
aid imiş. Məgər erməni millətçiləri
yüz ildir ki, bunu demirlər? Bir az da irəli gedərək
erməniləri bu münaqişənin günahsız
qurbanları hesab edən R.İbrahimbəyov onlarla dostuq və
mehribanlıqdan ağızdolusu danışır. Bizi ermənilərlə
tələsik dostluğa çağıran Rüstəm
görəsən hansı xalqın, hansı dövlətin
maraqlarını qorumağa can atır.
Bu
müsahibə yadımıza bir neçə il öncə
Rüstəm İbrahimbəyovun ermənilərin
Bakını tərk etməsindən necə təəssüfləndiyi
ilə bağlı verdiyi müsahibəsini salır. Həmin
yazıda vurğulanırdı ki, ermənilər
Bakını tərk etdikdən sonra paytaxtın intellektual
potensialı xeyli aşağı düşüb. Kinorejissorun
Əkrəm Naibovun xəyanətinə münasibətdə
erməni millətçilərinə mələk qiyafəsi
geyindirən yazıçını dəstəklədiyini bəyan
etməsi də onunla bir mövqedə olmasını göstərir. Pasportunda Azərbaycan vətəndaşı
yazılan insanların, "ziyalı"ların mənsub
olduqları xalqa qarşı belə laqeyd və amansız
mövqedə dayanmaları milyondan çox qaçqın və
məcburi köçkünün, vətən uğrunda
savaşda sağlamlığını itirmiş
insanların, şəhidlərimizin ruhuna hörmətsizlikdir.
Tarix
boyu qaraca daşlarımızın altında yatan sarıca
ilanlar bizi dostluq mahnılarıyla, şüarlarıyla
ovsunlayıb çalmağa can atıblar. Müsahibəsində də xalqlar
dostluğundan qalxan tutan Rüstəm İbrahimbəyova
görə bu münaqişədə ermənilər azərbaycanlılar
qədər əziyyət çəkib. 25 ildən çox
işğal altında qalan Azərbaycan torpaqları
haqqında, şəhid olmuş 30 minə yaxın insan
haqqında bir kəlmə kəsmədən özünü
Azərbaycan xalqının ziyalısı kimi təqdim edir. Hər
cümləsinin başında bu vətəndaşın Azərbaycana
aid olduğu deyil, Ermənistana sevgisi olduğu
anlaşılır. Deyir ki, ittifaq altında
yaşadığımız zamanlarda xalqlar arasında torpaq
iddiası olmamışdır. Görünür, Rüstəm
müəllim ya tarixi bilmir, ya da şimaldan cənubda gedən
torpaqlar görünmür.
Elə
isə onun nəzərinə çatdırmaq yerinə
düşər ki, ittifaq dövrü ermənilərin azərbaycanlılar
üzərinə güclü şəkildə qalxmağa
hazırlaşdığı ən təhlükəli
dövr olub. Sadəcə bunu
biz bilməmiş, görməmişik. Ermənistana aid ASALA və
bir neçə qanlı terror təşkilatları məhz
SSRİ-nin "çiçəkləndiyi" zamanda
yaradılıb. İçlərindəki Azərbaycana olan
düşmən hissini, torpaq iddiasını ortaya qoymaq
üçün fürsət gözləyirdilər ki, o da
ittifaqın dağılması idi. Hələ bir bayraq
altında yaşadığımız illərdə dəfələrlə
Ermənistanda yaşayan soydaşlarımız
öldürülüb. Məgər toy günü gəlinlə
bəyin başı kəsildiyi tarix yadınızda deyilmi,
Rüstəm müəllim?
Rüstəm
İbrahimbəyovun müsahibəsində nümayiş
etdirdiyi ermənipərəst mövqe Azərbaycan vətəndaşları,
eləcə də vətəndaş cəmiyyətlərinin
nümayəndələri tərəfindən etirazla
qarşılanıb. Vətəndaşlar özünü azərbaycanlı
adlandıran bir insanın milləti haqqında bu şəkildə
danışmasına təəssüf bildirirlər. Bu
münasibət xalqına olan sevginin deyil, düşmən
münasibətin göstəricisidir, milli maraqlarımıza
ziddir. Bu gün özünü ziyalı adlandıran
insanların vətən haqqında bu şəkildə
danışmaları təəccüb və hiddət
doğurur. Onlar daha çox milli dəyərləri heçə
endirən və düşmən əlində oyuncağa
çevrilən aldanmış kəvakibləri
xatırladırlar.
Rəsmiyyə RZALI.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 8.