Kəndlərin
siması dəyişir
Tikinti-quruculuq işləri kəndləri də
əsaslı şəkildə əhatə etməyə
başlayıb. Prezident İlham Əliyev
çıxışlarında dəfələrlə bildirib
ki, ən ucqar kəndimizdə də müvafiq infrastrukturun
yaradılması üçün dövlətin yetərincə
imkanları mövcuddur. Kəndlərə içməli su,
qaz xətləri çəkilir, yollar
abadlaşdırılır, təhsil, səhiyyə və mədəniyyət
ocaqları tikilib istifadəyə verilir.
Qobustan rayonunun kəndləri də
tikinti-quruculuq işləri sayəsində simalarını dəyişir.
Məsələn, 254 təsərrüfatı, 1400 nəfərə
yaxın əhalisi olan Cəmcəmli kəndində xeyli
işlər görülüb. Onların sırasında şəhid
Rauf Babaşov adına kənd tam orta məktəbi
üçün 180 şagirdlik yeni binanın
inşasını, şəhid Fuad Hüseynquluyev adına
kitabxananın təmirini, yeni park salınmasını, yollara
çınqıl döşənməsini qeyd etmək olar.
Dağətəyi kənd olan Cəmcəmlidə
heyvandarlıq və əkinçilik əhalinin əsas məşğuliyyəti
sayılır. İki süni gölün yaradılması təsərrüfat
işlərinə müsbət təsir edir. Kənddə təmizlik
işlərinə diqqətin artırılması əhalinin
ürəyincədir.
Bunlardan
əlavə, Cəmcəmlinin girişinə qədər
içməli su xətti çəkilib. Təsi-Qobustan
xəttindən gələn sudan əhali razılıqla
istifadə edir.
Fermer Telman Əhmədov da bu kənddə yaşayır. "Gücdaşı" kəndli-fermer təsərrüfatının rəhbəridir. Əkinçilik və heyvandarlıqla məşğuldur. Cari ilin məhsulu üçün 200 hektar sahədə taxıl əkib. Əsasən toxum istehsal edir. Qobustan Bölgə Təcrübə Stansiyası ilə işgüzar əlaqələri var. Təsərrüfat istehsal etdiyi yüksək reproduksiyalı taxılı digər fermerlərə və fiziki şəxslərə də satır. Kombayn, traktor, taxılsəpən və digər kənd təsərrüfatı texnikaları, 1000 tonluq taxıl anbarı olan təsərrüfatda 80 baş qaramal, 500 baş davar da bəslənir.
F.Əhmədov
5 hektarlıq üzüm sahəsini daha da genişləndirmək,
10 hektar nar bağı salmaq, cins heyvandarlıq təsərrüfatı
yaratmaq arzusundadır. Bu il Sahibkarlığa Kömək Milli Fondundan 30 min
manat güzəştli kredit alıb. Ümumilikdə təsərrüfat
işlərində 30-dan çox ailə ilə
çiyin-çiyinə çalışır. O da Cəmcəmlini müasir və
inkişaf etmiş bir kənd kimi görmək istəyir. Bu
yolda üzərinə düşən hər bir işin
öhdəsindən gəlməyə hazır olduğunu
bildirir.
Qobustanın
Ərəbşahverdi, Qaradüzlü və Xəlfəli kəndləri
Qurbançı ərazi nümayəndəliyinə daxildir.
Ümumilikdə bu kəndlərdə 251 təsərrüfat
mövcuddur və 1649 ailə yaşayır. Bələdiyyə
hesabına kənd yolları, bulaqlar təmir olunur.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı xətti ilə Qurbançıda müasir klub,
kitabxana, feldşer-mama məntəqəsi inşa edilib.
Ərəbşahverdi
kəndində sahibkar Əlikram Musayevin dəstəyi ilə
200 yerlik xeyir-şər evi tikilib. Ə.Musayev "Emil" kəndli-fermer
təsərrüfatının rəhbəridir. Əkinçilik
və heyvandarlıqla məşğuldur. 50 baş
qaramalı, 400 baş davarı var. Süni mayalanmadan səmərəli
istifadə edən Ə.Musayev 128 hektar sahədə buğda,
110 hektar sahədə arpa da əkib. Mövcud kənd təsərrüfatı
texnikaları ilə işlərinin öhdəsindən gələ
bilir. Dövlətin sahibkarlığın inkişafına
göstərdiyi diqqətə görə razılıq edir.
Qurbançı
icra nümayəndəliyinə daxil olan kəndlərdə
çətinliklər də az deyil. Qobustan RİH
başçısının həmin kəndlərdə
keçirilən səyyar qəbullarında bu barədə ətraflı
danışılıb və müvafiq tədbirlərin
görülməsi üçün lazımi qərarlar qəbul
edilib. Ötən əsrin 60-cı illərində çəkilmiş
və istismar müddətini bir neçə dəfə
başa vurmuş elektrik xətlərinin dəyişdirilməsi,
kənd yollarının asfaltlaşdırılması, təbii
qaz çəkilməsi əhalinin hələ də həllini
gözlədiyi məsələlərdir.
Əvvəllər
Qaradüzlü kəndində 400 hektara yaxın suvarılan əkin
sahəsinin bu gün cəmi 40 hektarını suvarmaq
mümkündür. Suvarma qurğuları sıradan
çıxıb, arxlar yararsız hala düşüb.
İşlərin yoluna qoyulması üçün dövlətin
dəstəyinə ciddi ehtiyac var. Dəstək olsa, əkin
sahələrini 600-700 hektara çatdırmaq olar. Vaxtilə
şöhrəti çox-çox uzaqlara yayılan bu yerlərin
süfrə üzümü indi ancaq həyətlərdə
qalıb. Magistraldan Qaradüzlüyə gedən yolun təmirinə,
körpü tikintisinə də ehtiyac var.
Bəli,
problemlər az deyil. Ancaq görülmüş işləri
yüksək qiymətləndirən kənd əhalisi əmindir
ki, mövcud problemlər də tezliklə həllini tapacaq. Bu əminliyi
isə dövlətin bölgələrə
qayğısı və diqqəti yaradır.
Telman NƏZƏRLİ.
Azərbaycan.- 2013.- 11
aprel.- S. 10.