XVI Avrasiya
İqtisadi Zirvə Toplantısı başa
çatmışdır
Xəbər verdiyimiz kimi, İstanbulda Mərmərə
Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı
ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı
keçirilmişdir. Azərbaycanın geniş tərkibli
nümayəndə heyəti tədbirdə iştirak
etmişdir.
Toplantının
son günü Azərbaycan rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasovun da iştirak etdiyi
"Kiber-təhlükəsizlik strategiyaları"
başlıqlı bölmə iclası olmuşdur. İclasda
Türkiyə Telekommunikasiya İdarəsinin sədri Tayfun
Acarer, telekommunikasiya birliklərinin təmsilçiləri
informasiya texnologiyalarının təhlükəsizliyi məsələlərindən
bəhs etmişlər.
Sonda
dövlət və hökumət
başçılarının "Qlobal dünyanın
problemləri" mövzusunda iclası olmuşdur. Makedoniya
Prezidenti Gyorge İvanov, Albaniya Prezidenti Buyar Nişani,
Bolqarıstanın keçmiş prezidentləri Jelyu Jelev,
Petar Stoyanov və digərləri iclasda çıxış
etmişlər.
XVI
Avrasiya İqtisadi Zirvə Toplantısı yekun Bəyannamənin
qəbul olunması ilə öz işini başa
çatdırmışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
İstanbul
Azərbaycan.- 2013.- 12 aprel.- S. 6.