A.M.Abbasovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 2 aprel.- S.3.