Azərbaycan Prezidenti İlham Əliyev Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin ötən dövr ərzində paytaxtımızda gedən çox böyük inkişaf proseslərinin şahidi olduqlarını dedi.

Görüşdə Azərbaycan ilə Kanada arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı, münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olundu, ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 5 aprel.- S.1.