Azərbaycanın və Kanadanın hakim partiyaları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanda səfərdə olan Kanada parlamenti İcmalar Palatası sədrinin müavini Barri Devolinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Əli Əhmədov səfərin Azərbaycan ilə Kanada, eləcə də hər iki ölkənin hakim partiyaları arasında əlaqələrin inkişafına təkan verəcəyini qeyd etmişdir. Bildirilmişdir ki, YAP nümayəndə heyətinin də Kanadaya uğurlu səfərləri olmuşdur. Bu səfərlər gələcəkdə də davam edəcəkdir.

Ə.Əhmədov Azərbaycanın Kanada ilə əlaqələrin inkişafında maraqlı olduğunu da diqqətə çatdırmışdır.

B.Devolin ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini söyləmişdir. Qeyd edilmişdir ki, hər iki ölkənin hakim partiyaları arasında əlaqələrin inkişafı üçün lazımi işlər görülmüşdür. B.Devolin Azərbaycan ilə Kanada arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin zəruriliyini vurğulamışdır.

 

 

Azərbaycan.-2013.- 5 aprel.- S.1.