B.Ə.Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Bəkir Əhməd oğlu Nəbiyevin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində küçələrdən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Ağdaş şəhərinin ümumi təhsil müəssisələrindən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etsin;

2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2013-cü il

Azərbaycan.-2013.- 5 aprel.- S.1.